"Neftçi"nin sabiq qolkiperi Krşevan Santini aktiv futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 36 yaşlı qapıçı bu barədə sosial şəkəbə hesabında paylaşım edib.
O, ailəsinə, oynadığı “Zorya”, “İnter”(Zapreşiça), “Neftçi”, “Domjale”, “Yagelloniya”, “Lokomotiva” klublarına təşəkkür edib. Santini son olaraq “Lokomotiva”nın(Zaqreb) qapısını qoruyub.
Santini 2016-cı il iyunun 23-də “Neftçi”yə keçmiş, həmin ilin dekabrında komandadan göndərilmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi