"River Pleyt"in forvardı İtaliyada

18:19 - 11 Avqust 2023

"River Pleyt"in hücumçusu Lukas Beltran tezliklə Argentina çempionatını A Seriyasına dəyişəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Fiorentina" 22 yaşlı hücumçunun transferi ilə bağlı sövdələşməni ən qısa zamanda başa çatdırmaq niyyətindədir.

Florensiya təmsilçisi bu keçidə görə qarşı tərəfə 25 milyon avro ödəyəcək.

Bu gün futbolçunun tibbi müayinədən keçmək üçün İtaliyaya uçacağı bildirilir.

2023-cü ildə Beltran "River Pleyt"də bütün yarışlarda 31 oyun keçirib, 16 qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun Argentina klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. "İnstituto" yetirməsi "River Pleyt"dən savayı "Kolon"un da üzvü olub. 

Xəbər xətti