"Milan" onu icarəyə verdi

11:58 - 12 Avqust 2023

"Milan"ın futbolçusu Junior Messias karyerasını fərqli komandada davam edəcək.

Sportal.az xəbər verir ki, braziliyalı "Cenoa"da oynayacaq.

Bu barədə Genuya klubunun mətbuat xidməti məlumat yayıb. O, 2023/2024 mövsümünü icarə əsasında "Cenoa"da keçirəcək.

Mövsüm bitdikdən sonra adıçəkilən klub 32 yaşlı futbolçunun transfer hüququna sahib çıxa biləcək. Messias "Milan"ın heyətində 68 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Kruzeyro” yetirməsi olan futbolçunun peşəkar karyerası İtaliya klubları ilə bağlıdır. O, “Kazale”, “Qotzano”, “Krotone” kimi komandalarda oynayıb 2021-ci ildə “Milan”a keçib.

Xəbər xətti