Futbol üzrə Azərbaycan I Liqasının ilk turunun "Karvan" - "Mingəçevir" matçında (4:1) insident yaşanıb.
Sportal.az xəbər verir ki, ev sahiblərinin futbolçusu Müşfiq Teymurov oyunu tərk edərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest edib. Bundan sonra meydanda ara qarışıb, futbolçular arasında dava düşüb.
Görüşün baş hakimi Rövşən Rəcəbov "Karvan"dan Müşfiq Teymurova, "Mingəçevir"dən isə Elçin Qasımova qırmızı vərəqə göstərib.
saytlarin hazirlanmasi