Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Super Liqada növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, Volkan Demirelin rəhbərlik etdiyi kollektiv "Trabzonspor"la üz-üzə gəlib.
"Hatayspor" evdə keçirdiyi görüşdə 0:2 geri düşsə də, üç qol vuraraq qalib gəlməyi bacarıb.
Renat 84-cü dəqiqədə meydana daxil olub, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Renat komandasının ikinci qolunun vurulmasında pay sahiblərindən olub.
"Hatayspor" 6 turdan sonra 10 xalla 4-cü sıradadır.
saytlarin hazirlanmasi