Şahruddin Məhəmmədəliyevin komandasında ayrılıq

11:18 - 26 Sentyabr 2023

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" qapıçılarından biri ilə yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Adana təmsilçisi Qoran Karaçiçin müqaviləsinə xitam verib.

Halbuki, bosniyalının Türkiyə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədə idi.

27 yaşlı qapıçı 2022-ci ilin yayında "Adana Dəmirspor"la anlaşmışdı. 

Xəbər xətti