Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Avropanın bir çox klublarının maraq dairəsindədir.
Sportal.az saytına verilən məlumata görə, hazırda icarə əsasında "Hatayspor"da oynayan forvardın xidmətində maraqlı olanlardan biri də Avropada yetərincə tanınmış klubdur.
Belə ki, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan "Srvena Zvezda"nın məşqçilər korpusu Renatı diqqətdə saxlayır.
Onlar yaya qədər millimizin hücumçusunu izləyəcək. Əgər performansından razı qalsalar, transfer üçün "Qrasshopper"lə danışıq aparacaqlar.
Qeyd edək ki, Renat müqavilə ilə İsveçrə klubuna məxsusdur. O, iki həftə əvvəl "Hatayspor"a bir illik icarəyə verilib. Xatırladaq ki, "Srvena Zvezda" ÇL-in G qrupunda "Yanq Boyz", "Mançester Siti" və "Leyptsiq"lə mübarizə aparır.
saytlarin hazirlanmasi