Azərbaycan millisi Slovakiya və BƏƏ ilə qarşılaşacaq

15:19 - 26 Sentyabr 2023

Minifutbol üzrə Azərbaycan millisi 2023-cü il dünya çempionatına hazırlıq çərçivəsində Belekdə (Türkiyə) toplanışına davam edir.

Sportal.az xəbər verir ki, oktyabrın 7-dək keçiriləcək toplanışda millimiz üç yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Türkiyədəki rəqiblər hələ ki, bəlli deyil.

Amma milli BƏƏ-yə daha tez yollanacaq ki, orada da iki yoxlama matçında qüvvəsini sınayacaq. Yığma komanda oktyabrın 24-də BƏƏ, 25-də isə Slovakiya ilə üz-üzə gələcək. Milli dünya çempionatındakı ilk oyununu isə oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycanın G qrupundakı rəqibləri İraq, Misir və Tunisdir.

Xəbər xətti