"Qarabağ"ın Avropa Liqasının H qrupundakı rəqibi olan "Bayer"də yeni müqavilə imzalanıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi argentinalı yarımmüdafiəçi Ezekiel Palasiosla müqavilə müddətini artırıb.
2025-ci ilin yayında başa çatan yeni müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədər uzadılıb. 24 yaşlı futbolçu 2020-ci ildə “River Pleyt”dən “Bayer”ə keçmişdi.
Əlavə edək ki, Palasios 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində dünya çempionu olub.
saytlarin hazirlanmasi