"Neftçi" Premyer Liqanın 8-ci turunun "Turan-Tovuz"la görüşünə daha bir itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” sabahkı matçda Andre Şinyaşikinin xidmətindən istifadə edə bilməyəcək.
Azərbaycan Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyununda (1:1) zədələnən “Neftçi”nin vingerinin zədəsinin ciddi olduğu üzə çıxıb.
Şinyaşiki zədə səbəbindən, Yuri Matias isə vərəqə cəzalısı olduğu üçün sabahkı görüşü buraxmalı olacaq.
“Turan-Tovuz” – “Neftçi” matçı sabah Tovuz şəhər stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.
saytlarin hazirlanmasi