ÇL-in iştirakçısı Dadaşov üçün məşqçisini Türkiyəyə göndərəcək

11:47 - 2 Oktyabr 2023

Azərbaycan milli komandasının forvardı, "Hatayspor"un üzvü Renat Dadaşovun "Srvena Zvezda"nın maraq dairəsində olması barədə xəbər vermişdik. Serbiya nəhənginin məşqçiləri azərbaycanlı hücumçunu iş başında görmək niyyətindədir.

Sportal.az saytına verilən məlumata görə, "Srvena Zvezda"nın məşqçilər korpusunda yer alan mütəxəssislərdən biri Türkiyəyə yollanaraq "Hatayspor"un ölkə çempionatındakı görüşünü canlı izləyəcək. Əldə etdiyimiz məlumata görə, serbiyalıların Türkiyəyə səfəri "Fənərbaxça" - "Hatayspor" matçına təsadüf edəcək. Həmin görüş oktyabrın 22-də keçiriləcək.

Əlavə edək ki, “Hatayspor” da Renatın transfer hüququna yiyələnmək istəyir. O, "Qrasshopper"dən mövsümün sonuna kimi icarəyə götürülüb. Millimizin forvardının İsveçrə klubu ilə müqaviləsi isə 2025-ci il iyunun 30-na qədərdir. Qeyd edək ki, "Srvena Zvezda" Çempionlar Liqasının G qrupunda "Mançester Siti", "Yanq Boyz" və "Leyptsiq"lə mübarizə aparır. 

Xəbər xətti