"Bavariya" klubsuz qalan sabiq futbolçusu ilə müqavilə imzalayacaq

14:34 - 2 Oktyabr 2023

Almaniya millisinin sabiq müdafiəçi Jerom Boatenq "Bavariya"da məşq etməyə başlayıb. 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Lion"dan ayrıldıqdan sonra klubsuz qalmış təcrübəli futbolçuya sabiq komandası sahib çıxıb. 

O, 10 il Münhen klubunun formasını geyinmiş Jeromun sabiq komandası ilə bir illik müqavilə imzalayacağı gözlənilir.

35 yaşlı futbolçu “Herta”, “Hamburq” və “Mançester Siti”də oynadıqdan sonra 2011-ci ildə “Bavariya”ya keçmişdi.
 

Xəbər xətti