Bu həftə Avropa Liqasının G qrupunun ikinci turunda "Qarabağ" "Hekken"lə qarşılaşacaq. İsveçdə oynayan futbolçularımızdan biri Musa, digəri isə Ayxan Cabbarlıdır. "Savadalens"in üzvü olan futbolçu Sportal.az saytına açıqlamasında Ağdam təmsilçisinin İsveç çempionu ilə görüşdəki şanslarını dəyərləndirib:
"Hekken" ötən mövsüm ölkə çempionu olub. Bu mövsüm də həmin uğuru təkrarlamaq istəyir, çempionluq üçün oynayır. Ötən illərə baxsaq, bu komanda daha da güclü performans göstərir. Sürətli oynayırlar, daha çox uzun ötürmələrə üstünlük verirlər. "Hekken" "Qarabağ"ı qəbul edəcək.Hər halda, evdə oynamaq həmişə üstünlükdür. Amma məncə, "Qarabağ" "Hekken"dən dörd xal alacaq. Məncə, təmsilçimiz rəqibinə heç bir oyunda uduzmayacaq. "Hekken" ilk turda "Bayer"ə uduzub deyə, bu matçda mütləq xal almalıdır. Belə olsa belə, mən "Qarabağ"ın uğurlu nəticəsinə inanıram".
Cabbarlı oktyabrın 5-də keçiricək matçı stadiondan canlı izləmək istədiyini deyib: "Bəli, “Hekken”- “Qarabağ” matçını izləmək planım var. Çalışacam ki, stadiona gedim".
Mirbağırağa