Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasının şərq zonasının H qrupunun 2-ci turunun oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Buriram Yunayted” Yaponiyada yerli “Vanfore Kofu” klubu ilə qarşılaşıb.
Şeydayev meydana start heyətində çıxıb və sona qədər oynayıb. Görüş yaponlar 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramilin komandası ilk oyunda öz meydanında Çinin "Jeyjanq” klubuna qalib gəlib (4:1), Avstraliyanın “Melburn Siti” komandası ilə (0:0) bərabərə qalıb.
saytlarin hazirlanmasi