I Liqada mübarizə aparan "Difai Ağsu" 9 futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Elçin Əliyev, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı və Tural Əmirhüseynovla yola davam etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onların hər biri ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Difai Ağsu" I Liqada 12 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi