I Liqada mübarizə aparan "Difai Ağsu" daha iki futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bunlar hücumçu Bəhlul Əliyev və müdafiəçi Bayram Paşayevdir. Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Difai Ağsu" bundan əvvəl Elçin Əliyev, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı və Tural Əmirhüseynovla yollarını ayırmışdı.
saytlarin hazirlanmasi