“Renat Dadaşov çox güvəndiyim oyunçudur”.
Sportal.az xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında Türkiyənin “Hatayspor” klubunun baş məşqçisi Volkan Dəmirəl deyib.
O, rəhbərlik etdiyi Superliqa təmsilçisində çıxış edən Azərbaycan yığmasının üzvü Renat Dadaşovdan danışıb: “Həm meydanda, həm meydandan kənarda çox yaxşı xarakterə sahibdir. Taktiki olaraq düşüncəsi yaxşıdır. Nizam-intizama xüsusi diqqət edən və çalışqan bir oyunçudur. Fikrimcə, qarşıdakı vaxtlarda o, Avropanın ən yaxşı liqalarında oynaya biləcək. Çünki bu potensiala sahibdir. Yaxşı futbol oynamağa köklənmiş və yaxşı səviyyəyə gəlməyə çalışır”.
Dəmirəl həmçinin Zaqreb “Dinamo”sunda çıxış edən yığmamızın üzvü Mahir Emrelinin “Hatayspor”a keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Hazırda transfer dönəmidir və bir çox futbolçunu izləyirik. Mahir də həmin futbolçulardan biridir. İzləyirik və gələcəkdə nə olacağını görəcəyik”.
saytlarin hazirlanmasi