"Qalatasaray" və "Fənərbaxça" arasındakı Türkiyə Super Kuboku matçı Bakıda keçirilə bilər.
Sportal.az xəbər verir ki, AFFA bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məktub yollayıb. Məlumatı "Fotospor" nəşri yayıb.
"Qalatasaray" və "Fənərbaxça"nı Azərbaycana dəvət edən AFFA klublara müəyyən məbləğdə ödəniş etməyə də hazırdır. TFF və klublar yaxın günlərdə təklifə cavab verəcəklər.
Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" Super Kubok matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.
saytlarin hazirlanmasi