"Zaqatala" futbolçusu Frederik Umera ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi əvəzində heyətini yeni futbolçu ilə gücləndirib. I Liqa klubu "Şamaxı"dan Samir Ağayevi sıralarına cəlb edib.
Qeyd edək ki, "Zaqatala" çempionatda 12 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi