Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Migel Krespo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu Super Liqanın "Konyaspor"la matçında (7:1) zədələnib. Onun ayaq əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qahyıdacağı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Migel Krespo cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi