Türkiyə futbolunda növbəti qalmaqal yaşanır.
Sportal.az xəbər verir ki, qadınlar Super Liqasında iştirak edən "ALG Spor"da kişi futbolçunun olduğu iddia olunur. Bu iddianı "Beşiktaş"irəli sürüb.
İstanbul təmsilçisi "ALG Spor"da çıxış edən Patrisia Minqas Afonso Seteko qadın olmadığını bildirir.
Anqolalı futbolçu Super Liqanın 16-cı turunun "Beşiktaş"la (2:1) matçında iştirak edib. 31 yaşlı oyunçu 88-ci dəqiqədə komandasının qələbə qolunu vurub.
"Beşiktaş" Patrisia Minqas Afonso Setekonun cinsiyyətinin araşdırılması üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.
Qeyd edək ki, "ALG Spor" Patrisia Minqas Afonso Setekonu 2023-cü ilin noyabr ayında transfer edib. O, komandanın heyətində meydana çıxdığı 7 oyunda 5 qol vurub.
saytlarin hazirlanmasi