"Fənərbaxça"nın heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçusu Fred sıradan çıxıb. Braziliyalı yarımmüdafiəçi Super Liqanın 21-ci turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Bu gün tibbi müayinədən keçən 30 yaşlı oyunçuda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.
Qeyd edək ki, Fred cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi