Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Ali Turap Bülbülün sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı sağ cinah müdafiəçisi 2027-ci ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Ali Turap Bülbül "Qalatasaray"ın yetirməsidir. Gənc futbolçu bu mövsüm əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi