"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Serjio Oliveyranı əsas komandadan qovub.
Sportal.az xəbər verir ki, buna səbəb portuqaliyalı yarımmüdafiəçinin intizamsızlığı olub. Bu barədə yerli mətbuat məlumat yayıb.
Oliveyra Türkiyə Kubokunun "Fatih Karagümrük"lə matçından (0:2) sonra paltardəyişmə otağında baş məşqçi ilə mübahisə edib. Okan Burukun qərarı ilə futbolçu əsas komandadan uzaqlaşdırılıb. O, məşqlərdə iştirak etmir. Təcrübəli orta xətt oyunçusu ilə bağlı yekun qərarı klub rəhbərliyi verəcək.
Qeyd edək ki, "Qalatasaray" Serjio Oliveyranı 2022-ci ilin yayında "Portu"dan transfer edib. 31 yaşlı yarımmüdafiəçi bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi