"Qalatasaray" müqaviləsi mövsümün sonunda başa çatan Dris Mertenslə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi uğurlu performans sərgiləyən 37 yaşlı hücumçunu komandada saxlamaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" ulduz futbolçunun sözləşməsinin müddətini 1 il uzatmağı planlaşdırır. Klub rəhbərliyi milli komandaların oyunları ilə bağlı yaranan fasilədə təcrübəli oyunçu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Dris Mertens 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Belçikalı futbolçu bu mövsüm komandanınm heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi