FIFA Türkiyənin "Konyaspor" klubuna ağır cəza verib.
Sportal.az xəbər verir ki, alit futbol qurumu Super Liqa təmsilçisinə transfer qadağası tətbiq edib. "Ağ-yaşıllar" 3 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.
Cəzanın səbəbi "Konyaspor"un bəzi futbolçulara borcunun olmasıdır.
Klub cəza ilə razılaşmır. "Konyaspor"un mətbuat katibi Yunus Derebağ qısa zamanda oyunçuların borclarının ödəniləcəyini və transfer qadağasının aradan qaldırılacağını bildirib.
saytlarin hazirlanmasi