Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.
Türkiyə millisinin üzvü Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin "Yunion Sent-Jilluas"la ilk matçında (3:0) əzələsindən zədə alıb. 27 yaşlı mərkəz müdafiəçisi ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Çağlar Söyüncünü qış transfer pəncərəsi zamanı "Atletiko"dan icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi