Bir zamanlar "Qarabağ"da çalışmış Öndər Karaveli Türkiyə Həvəskar Liqasında işləyəcək.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Eskişehirspor"un baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Öndər Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.
saytlarin hazirlanmasi