Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mert Hakan Yandaş sıradan çıxıb.
29 yaşlı futbolçu Konfrans Liqasının "Yunion Sent-Jilluaz"la matçında (0:1) zədələnib. Təcrübəli oyunçu sabah "Trabzonspor"la keçiriləcək görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm"Fənərbaxça"nın heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi