Türkiyə milli komandasının heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın futbolçuları Cengiz Ünder və Ferdi Kadıoğlu zədələnib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça"nın oyunçuları yığmanın heyətindən kənarlaşdırılıb.
Onların əvəzinə"Reyncers"dən Rıdvan Yılmaz və "Alanyaspor"dan Oğuz Aydın heyətə daxil edilib.
Qeyd edək ki, Türkiyə seçməsi Macarıstan və Avstriya ilə yoldaşlıq oyunları keçirəcək.
saytlarin hazirlanmasi