Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Arda Turan barədə həbs qərarı verilib.
Sportal.az xəbər verir ki, "Atletiko" və "Barselona" sabiq futbolçusu vergidən yayınmaqda ittiham olunub. İspaniya məhkəməsi onun barədə 1 il həbs və 633 min avro cərimə qərarı verib.
Arda vergidən yayındığını etiraf edib. Həbs müddəti 2 ildən az olduğu üçün türkiyəli sabiq futbolçu yalnız cəriməni ödəyəcək.
Qeyd edək ki, Arda Turan 2011-2015-ci illərdə "Atletiko"da, 2015-2018-ci illərdə isə "Barselona"da çıxış edib.
saytlarin hazirlanmasi