Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Rıdvan Yılmaz sıradan çıxıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu Türkiyə yığmasının Macarıstanla keçirdiyi yoldaşlıq oyununda (0:1) ayaq əzələsindən zədə alıb. "Reyncers"in müdafiəçisi millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Türkiyə seçməsi 25 mart tarixində Avstriya ilə hazırlıq matçı keçirəcək.
saytlarin hazirlanmasi