Türkiyə Super Kuboku uğrunda keçiriləcək oyunun vaxtı dəqiqləşib.
Sportal.az xəbər verir ki, görüş əvvəlcədən planlaşdırıldığı kimi 7 aprel tarixində Şanlıurfa şəhərində təşkil olunacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat verib.
"Fənərbaxça" Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.
Qeyd edək ki, Türkiyə Super Kubokunu qazanmaq üçün son ölkə çempionu "Qalatasaray"la ölkə kubokunun qalibi "Fənərbaxça" üz-üzə gələcək.
saytlarin hazirlanmasi