Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Super Liqanın 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verən olaylarla bağlı cəzaları açıqlayıb.
Sportal.az xəbər verir ki, azarkeşlər meydana girib futbolçuların üzərinə hücum etdiyi üçün Qara Dəniz təmsilçisinə ağır cəza verilib. Belə ki, "Trabzonspor" 6 ev oyununu azarkeşsiz keçirəcək.
Bundan əlavə rəqib futbolçunu vurduğu üçün "Trabzonspor"un məqşçisi Egemen Korkmaz 1 oyunluq cəzalanıb.
"Fənərbaxça"dan iki futbolçu cəzalanıb. Müdafiəçi Ceyden Ostervolde və qapıçı İrfan Can Eyribayat 1 oyunluq diskvalifikasiya olunub. "Fənərbaxça"nın digər futbolçusu Brayt Osayi-Samuelə isə cəza verilməyib.
saytlarin hazirlanmasi