Türkiyə Super Kuboku matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, son çempion "Qalatasaray"la ölkə kubokunun qalibi "Fənərbaxça"nın üz-üzə gələcəyi görüşü Volkan Bayarslan idarə edəcək. B u barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Yan xətt hakimləri Serkan Ok və Serkan Olquncan olacaq. Dördüncü hakim funksiyasını Burak Şeker yerinə yetirəcək.
"Qalatasaray" - "Fənərbaxça" qarşılaşması 7 aprel tarixində, Bakı vaxtilə saat 21:30-da Şanlıurfa şəhərində baş tutacaq.
saytlarin hazirlanmasi