Sabiq "Qarabağ"lı 27 gün sonra istefaya göndərildi

12:10 - 8 Aprel 2024

Bir zamanlar "Qarabağ"da çalışmış Öndər Karaveli "Eskişehir"in baş məşqçisi postundan istefaya göndərilib.

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə Həvəskar Liqasında mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli məşqçinin "Eskişehir" karyerası cəmi 27 gün çəkib.

Qeyd edək ki, Öndər Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb. 

Xəbər xətti