"Beşiktaş" Necip Uysalın daha bir neçə il komandada qalmasını istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi kapitanın müqaviləsini uzadacaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Beşiktaş" 33 yaşlı müdafiəçinin 2025-ci ilin yayında başa çatan sözləşməsinin müddətini daha 2 il artıracaq. Onun maaşı da yaxşılaşdırılacaq.
Qeyd edək ki, Necip Uysal "Beşiktaş"In yetirməsidir. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi