"Qalatasaray"ın hücumçusu Mauro İkardi İstanbul derbisinin tarixinə düşüb.
Sportal.az xəbər verir ki, argentinalı forvard 115 illik tarixi olan derbilərdə vurulan ən erkən qolun müəllifi olub. İkardi 50ci saniyədə qol vurub.
Bundan əvvəlki rekord "Qalatasaray"ın futbolçusu Mirza Seydicə aid idi. O, 1984-cü ildə "Fənərbaxça" ilə keçirilən oyunun 55-ci saniyəsində hesabı açmışdı.
Qeyd edək ki, Türkiyə Super Kubolu uğrunda keçirilən qarşılaşmanın 3-cü dəqiqəsində "Fənərbaxça" futbolçuları meydanı tərk ediblər.
saytlarin hazirlanmasi