Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"a ağır cəza verib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə klub 112 min TL məbəğində cərimələnib.
"Kocaelsipor"un cəzaya məruz qalmasının səbəbi "Göztepe" ilə matçda azarkeşlərin davranışları olub.
Qeyd edək ki, "Kocaelispor" I Liqada 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi