"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ceyden Ostervolde sıradan çıxıb.
Niderlanlı futbolçu Konfrans Liqası 1/4 final mərhələsinin "Olimpiakos"la ilk matçında zədələnib. 22 yaşlı sol cinah müdafiəçisi əməliyyat olunacaq. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan transfer edib. Arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi