"Beşiktaş"ın heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Ante Rebiç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı vinger sabah ölkəsində əməliyyat olunacaq. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Beşiktaş" Ante Rebiçi mövsümün əvvəlində "Milan"dan transfer edib. 30 yaşlı ön xətt oyunçusu "qara qartallar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi