"Beşiktaş" baş məşqçi Fernando Santosla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fernando Santos bu ilin yanvar ayında "Beşiktaş"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 5 dəfə isə məğlub olub.
saytlarin hazirlanmasi