Türkoyənin "Beşiktaş" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin iki futbolçusu zədəlidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı Mert Günokla hücumçu Semih Kılıçsoyun əzələ zədəsi var. Hər iki oyunçu Super Liqanın 33-cü turunun "Ankaragücü" ilə matçında iştirak etməyəcək.
Qeyd edək ki, "Ankaragücü" - "Beşiktaş" qarşılaşması 19 aprel tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq.
saytlarin hazirlanmasi