Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Tayyip Talha Sanuçun sözləşməsinin müddətini uzadıb. Bu barədə "TRT Spor" məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.
Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin yayında "Adana Demirspor"dan transfer edib. Türk futbolçu bu mövsüm zədə səbəbindən az forma şansı qazanıb. O, 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi