"Trabzonspor"un futbolçusu Enis Bardi maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 28 yaşı vinger "Levante"də çıxış edərkən İspaniya La Liqasında Lionel Messidən sonra ən çox cərimə zərbəsindən qol vuran futbolçu olub. Bardi bu haqda danışarkən argentinalı ulduzdan daha yaxşı olduğunu bildirib:
"Ondan daha yaxşı olduğum zamanlar da oldu. Çünki, mən 25 zərbədən 7, Messi isə 52 zərbədən 8 qol vurmuşdu. Statistikaya baxsaq, mən daha yaxşı idim".
Qeyd edək ki, "Trabzonspor" Enis Bardini 2022-ci ilin yayında "Levante"dən transfer edib. Şimali Makedoniya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi