Premyer Liqa klubu "Dinamo"nun sabiq üzvünə yeni müqavilə təklif edəcək

11:24 - 1 May 2024

Yeni mövsüm daha iddialı heyət qurmağı planlaşdıran “Araz-Naxçıvan” bu mövsüm heyətə cəlb edilmiş bəzi legionerlərlə yollarını ayıracaq.

Sportal.az saytına verilən məlumata görə, yayda bəzi legionerlərə yeni müqavilə təklif edilməyəcək. Onlar arasında Numan Kurdiç də var. Yayda komandaya cəlb edilmiş bosniyalı etimadı doğrultmadığı üçün ona yeni müqavilə təklif edilməyəcəyi gözlənilir.

Amma İqor Ribeyro və Mohammed Kadirinin “Araz-Naxçıvan”da qalacağı gözlənilir. Hər iki futbolçunun müqavilə müddəti artırıla bilər.

Qeyd edək ki, Kadiri "Dinamo"nun(Kiyev) formasını geyinib.

Xəbər xətti