Aleks De Souza Türkiyəyə qayıdır - Baş məşqçi kimi

19:37 - 3 May 2024

"Fənərbaxça"nın sabiq futbolçusu Aleks De Souza Türkiyəyə qayıdır.

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis "Antalyaspor"u çalışdıracaq. Super Liqa təmsilçisi hazırkı baş məşqçi Sergen Yalçının gedişindən sonra komandanı Alksə həvalə edəcək.

Artıq tərəflər arasında görüş baş tutub və razılıq əldə olunub. 45 yaşlı məşqçi yeni mövsümdə komandanın "sükan"ı arxasında olacaq.

Qeyd edək ki, Aleks De Souza son olaraq ölkəsində "Avai"ni çalışdırıb. O, ötən ilin may ayından işsizdir.

Xəbər xətti