Coşua Kimmix "Bavariya"dan ayrılaraq "Barselona"ya keçəcək.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi yarımmüdafiəçisi özü də İspaniyaya köçməyə müsbət yanaşır.
29 yaşlı futbolçuya Primerodan bir neçə təklif olsa da, “Barselona” variantına üstünlük verəcəyi iddia olunur.
2015-ci ilin yayından Münhen klubunda oynayan Kimmix 2025-ci il iyunun 30-na qədər “Bavariya”ya məxsusdur. O, bu komandaya gələnə qədər “Leyptsiq” və “Ştuttqart”da oynayıb.