Çin klubunun futbolçusu yenidən Azərbaycana qayıda bilər

13:34 - 4 May 2024

Çinin "MZ Hakka" klubunun forvardı Runi Eva karyerasını yenidən Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, kamerunlu hücumçuya Azərbaycan klublarından maraq var. 

27 yaşlı futbolçuya artıq təkliflər edilib.

Azərbaycan klublarından biri afrikalıya istədiyi məbləği təklif edərsə, yeni mövsümə Premyer Liqamızda oynayacaq. 

Eva karyerası ərzində “Çaniya”, “Veria”, “Asteras”, “Trikala”, “Alger”, “Karaiskakis”, “Apollon Pontus”, “Turan Tovuz”, “ÇSKA 1948” komandalarında oynayıb.
 

Xəbər xətti