"Sərhədçi" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Xəzri"yə qalib gəlməklə ümumi hesabı bərabərləşdirib.
Sportal.az xəbər verir ki, "Sərhədçi" rəqibini 71:64 hesabı ilə məğlub edərək hesabı 1:1 edib.
Tərəflər arasında həlledici görüş mayın 5-də keçiriləcək.
Qeyd edək ki, ilk matçda "Xəzri" 98:64 hesabı ilə qalib gəlmişdi.
Əlavə edək ki, yarımfinalda "Sabah" "Xırdalan"la qarşılaşacaq. "Sərhədçi" - "Xəzri" cütünün qalibi isə "NTD-İndiqo" ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi